​Çin Boeing-dən kompensasiya tələb edir

​Çin Boeing-dən kompensasiya tələb edir

Çin Boeing Co. şirkətindən 737 Max təyyarələrinin uçuşdan yığışdırılmasına görə kompensasiya tələb edir. Xəbəri “The Associated Press” yayıb.
 
Air China Ltd. və China Southern Airlines Ltd. dövlət şirkətləri çərşənbə günü kompensasiya tələbini dilə gətirib. Üçüncü böyük şirkət olan China Eastern Airlines Ltd. ötən ay belə bir xahiş səsləndirmişdi.
 
Çin Şimali Amerika və Avropayla yanaşı təyyarələr üçün ən böyük bazarlardan biridi deyə, Boeing-in verəcəyi cavab da əhəmiyyətlidir.
 
İndoneziya və Efiopiyada təyyarə qəzalarında üst-üstə 346 nəfər həlak olandan sonra Çin 737 Max-ı uçuşdan yığışdıran ilk ölkələrdən olub.
 
Təhqiqatçılar hər iki qəzada uçuş-nəzarət sisteminin rolu olduğunu deyirlər.
 
Air China təyyarələrin çatdırılmasında yubanmaya görə də kompensasiya tələb edib. Açıqlamanı şirkət əməkdaşı anonimlik şərtilə verib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru