Əl-Lud əhalisi Ramazanda azanın susdurulmasına qarşı mübarizə aparır

Əl-Lud əhalisi Ramazanda azanın susdurulmasına qarşı mübarizə aparır

Fələstinin 1948-ci ildə işğal olunmuş hissəsinin əl-Lud şəhərinin əhalisi Ramazanda məscidlərdə azanın susdurulmasının qarşısını almaq üçün mübarizə aparır.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail rejiminə aid bələdiyyənin dəstəyilə fəaliyyət göstərən "Tövrat Çəyirdəyi" adlı təşkilata bağlı yəhudi qruplar bu şəhərdə azanın susdurulması üçün gərgin iş görür.
 
Əl-Lud məscidlərində azanların susdurulması üçün çağırışların təkrar edilməsindən sonra onlarla müsəlman azanların susdurulması səylərinə və məscidlərə, müqəddəs məkanlara toxunulmasına mübarizə məqsədilə etiraz aksiyaları keçirib.
 
Sözügedən şəhərdə yaşayan müsəlmanlar azan səslərinin susdurulması səylərinə reaksiyalarını dilə gətirib və dini prinsiplərin tətbiqinin əngəllənməsi səylərinə icazə verməyəcəklərini bildiriblər.
 
Şəhər sakinləri "Tövrat Çəyirdəyi" təşkilatının yönləndiridiyi azanı susdurma cəhdləriylə əlaqədar verdikləri açıqlamada bu cəhdlərin keçmişdə də edildiyini, ancaq uğursuz olduğunu bu gün yenidən başladığını dilə gətiriblər.
 
Əhali nəyin bahasına olursa olsun azanın susdurulmasına icazə verməyəcəklərini və bunun üçün mübarizə aparacaqlarını vurğulayıblar.
 

Google+ WhatsApp ok.ru