‘Ət istehsalı azalır, xaricdən idxal artır… ’

‘Ət istehsalı azalır, xaricdən idxal artır… ’

“Yeni Müsavat” qəzeti-ndə “Ət istehsalı azalır, xaricdən idxal artır… "sərlövəhli yazı diqqət çəkir.
 
Müəllif maldarlıq sahəsindəki məsələləri ekspert Nicat Nəsirli ilə müzakirə edib.
 
Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıqdan ötrü nəzərdə tutulmayan diri iribuynuzlu heyvanlar ( 25 milyon 250.92 min dollar dəyərində), 131 min 867 baş da diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib. 2018-ci ildə isə 114 min 183 baş (314 milyon milyon 3,53 min dollarlıq) iribuynuzlu heyvanlar, 108 min 595 baş da diri qoyunlar ( 7 milyon 134,01 min dollarlıq) gətirilib.
 
Yazıda habelə rəsmi rəqəmlərə istinadən qeyd edilir ki, bu ilin 4 ayında da ət və süd idxalında artım davam edib.
 
Ekspert Nicat Nəsirli də “Yeni Müsavat”a deyib ki, Azərbaycanda indi heyvandarlıqda məhsuldarlıq göstəriciləri çox aşağıdır:
 
“Məsələn, dünyada bir qaramaldan bir il ərzində 10-12 ton süd əldə olunursa, bizdə bu, 1,5-1,8 tondan yuxarı deyil. Ətə gəlincə, dünyada 5 aya bir xırdabuynuzlu heyvandan 35-40 kq ət əldə edilirsə, bizdə buna 8-12 aya nail olunur. Bu, o deməkdir ki, bizdə həm ət, həm südlə bağlı intensivlik təmin olunmalıdır. Məhsuldarlığı aşağı salan amillərdən biri də bizdə heyvandarlığın sırf otarma prinsipi üzərində qurulmasıdır”.
 
Mütəxəssis deyir ki, Azərbaycanda heyvandarlıq sahəsində emal sənayesinin inkişaf etməməsi də problemlərdən biridir.

Google+ WhatsApp ok.ru