​Amerikalı alimlər xərçəngin peyvəndini hazırladıqlarını deyirlər

​Amerikalı alimlər xərçəngin peyvəndini hazırladıqlarını deyirlər

ABŞ-ın Jefferson və Thomas Jefferson universitetlərinin alimləri yoğun bağırsaq xərçənginə qarşı “peyvənd” hazırladıqlarını deyirlər. Bu haqda “Current time” yazır.
 
Yoğun bağırsaq xərçəngi dünyada xərçəng diaqnozları içində üçüncü yerdədir. 2018-ci ildə 1,8 milyon yeni diaqnoz qoyulub.
 
Alimlərin iddiasına görə, onların hazırladığı peyvənd xəstə adamın immunitetini xərçəng hüceyrələrini aşkarlayaq məhv etməyə yönəldəcək.
 
Klinik eksperiment dövrünə yoğun bağırsaq xərçənginin 1-ci və 2-ci mərhələsində olan on 40-80 yaşlı pasiyent cəlb olunub. Hər iştirakçıya bir dəfə peyvənd vurulub. Xəstələrin hamısında yoğun və düz bağırsaqda yenitörəmələr cərrahi yolla götürülüb. Onlardan heç biri kimya-şüa terapiyası almayıb.
 
Altı ay ərzində alimlər üç dəfə qanın immunoloji analizini aparıblar.
 
Alimlər nəticələrdən belə qənaətə gəliblər ki, eksperimental peyvənd adamın immun sisteminin GUCY2C molekuluna “yönəlməyə” kömək edir. Bu molekul xərçəng hüceyrələrinin antigenidir, yəni “killer T-hüceyrələri” aktivləşdirir, bunlar da öz növbəsində bədxassəli xərçəng hüceyrələrini məhv edir.
 
Xəstələrin heç birində peyvənd hansısa ciddi fəsad, ağırlaşma törətməyib. /azadliq.org /

Google+ WhatsApp ok.ru