Ərəb koalisiyası Yəmənin paytaxtını yenə də bombalayıb

Ərəb koalisiyası Yəmənin paytaxtını yenə də bombalayıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya təyyarələri Yəmənin paytaxtı Sanada müxtəlif yerlərə zərbələr ediriblər.
 
Maide.Az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı xəbər verir.
 
Məlumata əsasən, koalisiya, Sananın şimalında yerləşən Əl-Dulaimi hava limanına da zərbə vurub.
 
Hələlik dağıntılar, ölən və yaralananlar barədə məlumat verilməyib. 
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  Qeyri-rəsmi məlumatlara görə, 60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir  %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 

 

Google+ WhatsApp ok.ru