​Ağ evdən daha bir istefa

​Ağ evdən daha bir istefa

 
Ağ evin aparıcı iqtisadçısı Kevin Hassett “tezliklə vəzifəsindən gedir”. Bunu Prezident Donald Trump bazar günü axşam Twitter-də yazıb.
 
"Onu əvəzləyəcək çox istedadlı adamın adı mən Birləşmiş Ştatlara qayıdan kimi açıqlanacaq. Gördüyü işlərə görə Kevinə təşəkkür etmək istəyirəm”, – Trump yazıb.
 
Hassett 2017-ci ilim sentyabrından İqtisadi Müşavirlər Şurasının sədri idi. Bundan öncə o, Amerika Sahibkarlıq İnstitutunda iqtisadçı kimi çalışıb.
 
Ötən payız Hassett Trump-ın ÜDM və işsizlik göstəriciləri barədə yazıdığı tvitinə açıq şəkildə qarşı çıxıb.
 
“Mən Tvitter Müşavirləri Şurasının sədri deyiləm”, – Hassett yazıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru