Ərbəin ziyarətiylə əlaqədar konfrans keçiriləcək 11 İyun 2019 19:23 Dünya İmam Hüseyn Məqbərəsinə bağlı Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi araşdırmaçıları öz araşdırmalarıyla "Ərbəin ziyarəti davamlı inkişaf məqsədlərinə nail olmaq yürüşüdür" başlıqlı 3-cü Beynəlxalq Elmi Konfransda iştirak etməyə çağırıb. Maide.Az "Kerbela.info"-a istinadla xəbər verir ki, mərkəzin direktoru Əbdül Əmir əl-Qüreyşi konfransın 9-10 oktyabr tarixlərində Kərbəla və əl-Safva universitetləri ilə əməkdaşlıq çərçivəsində keçiriləcəyini bildirib. O, konfransın Ərbəin ziyarətinin sosial dini ayin kimi qorunması, sənədləşdirilməsi, müasir təqdimatı, fərdi və cəmiyyət səviyyədə təsirinin monitorinqi məqsədi daşıdığını qeyd edib. Konfransda davamlı iqtisadiyyat, davamlı media, cəmiyyətdə sülh və gənclik, intellektual və təhsil problemləri mövzuları yer alacaq. Onun sözlərinə görə, iştirak şərtləri yuxarıda göstərilən mövzuları əhatə etməlidir və tədqiqat əvvəllər nəşr edilməmiş olmalıdır. "Konfrans elmi işləri qəbul edir və onlar xüsusi elmi komitə tərəfindən qiymətləndiriləcək", - deyə Əbdül Əmir əl-Qüreyşi qeyd edib. Teqlər : #Ərbəin,#ziyarətiylə,#əlaqədar,#konfrans,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 8 Şəvval - İmamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür Suriyanın HHM vasitələri İsrailin raket hücumunu dəf edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO