Əcnəbi turistlər bundan sonra pasportlarına möhür vurulmadan İrana səfər edə biləcək

Əcnəbi turistlər bundan sonra pasportlarına möhür vurulmadan İrana səfər edə biləcək

İran Prezidentinin göstərişi ilə xarici turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan bu ölkəyə səfər edə bilərlər.
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki,  bunu bunu İran dövlətinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
 
Ə.Rəbii deyib ki, bu barədə prezident Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında göstəriş veirb.  "ABŞ təssüflər olsun ki,  İrana qarşı iqtisadi terror həyata keçirir və elə şərait yaradıb ki, İrana səfər etmək istəyən şəxslərdə qorxu yaranır və onlar sanksiya  problemi ilə üzləşir. Buna görə,  turistlərin pasportlarına möhür vurulmadan və qeyd olunmadan ölkəyə səfər edilməsi üçün şərait yaradılacaq.” 
 
Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin göstərişi ölkə daxilində bütün aeroportlarda icra olunacaq.
 
 

Google+ WhatsApp ok.ru