‘Bəhreyn konfransı işğalçı rejimin planlarına xidmət edir’

‘Bəhreyn konfransı işğalçı rejimin planlarına xidmət edir’

İslami Müqavimət Hərəkatı (HƏMAS) rəsmilərindən Hazım Qasim işğalçı İsrail rejimi Baş Naziri Binyamin Netanyahunun Bəhreyndə keçiriləcək konfransda israilli nümayəndələrin iştirak edəcəyini söyləyərək, öyünməsinin konfransın işğalçı rejimin planlarına xidmət etdiyinin göstəricisi olduğunu deyib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Qasim mövzuyla əlaqədar verdiyi açıqlamada bütün tərəfləri və xüsusilə də ərəb ölkələrini Fələstin işini ləğv layihələrini həyata keçirmək istəyən konfransa qoşulmamağa çağırıb.
 
Ərəb Birliyinə də səslənən Qasim üzv ölkələrdən konfransı boykot etmələrini istəyib.
 
İsrail Baş Naziri Binyamin Netanyahu işğalçı rejimindən bir nümayəndə heyətinin önümüzdəki həftə Bəhreyndə keçiriləcək konfransa qatılacağını bildirib.
 
Netanyahu dünən günorta saatlarında verdiyi açıqlamada Bəhreyndə keçiriləcək iqtisadi konfransın "ABŞ-ın bölgənin problemlərini həll etmək və daha yaxşı gələcək təmin etmək üçün göstərdiyi səylərə təsir göstərəcəyini" irəli sürüb.
 
Bəhreyn 25-26 iyun tarixlərində “Əsrin müqaviləsi” planının iqtisadi tərəfini həyata keçirmək məqsədilə İordan çayının qərb sahilinə, Qəzzaya və region ölkələrinə investisiya qoyuluşuna təşviq edilməsini nəzərdə tutan konfransa ev sahibliyi edəcək.
 

Google+ WhatsApp ok.ru