‘Əsrin müqaviləsi’ ilə mübarizə üçün Milli Şərəf Paktı hazırlanıb

‘Əsrin müqaviləsi’ ilə mübarizə üçün Milli Şərəf Paktı hazırlanıb

"Əsrin müqaviləsi" və Bəhreyn forumuna Qarşı Milli Şərəf Paktı bütün detallarıyla ABŞ-ın planları və Fələstin işi ləğvini qarşısına məqsəd qoyan layihələri rədd edib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, Qəzza şəhərində dünən axşam keçirilən milli konfransın yekun bəyannaməsiylə açıqlanan pakt "Əsrin müqaviləsi"nin Fələstin xalqının haqlarına və prinsiplərinə hücum olduğunu bildirib.
 
Başda İslami Müqavimət Hərəkatı (HƏMAS) və "Fəth" olmaqla, 19 fələstinli qrupun imzaladığı pakta Fələstin daxilində və xaricində fəaliyyət göstərən onlarla təşkilat, həmkarlar ittifaqları və şəxs imza atıb.
 
"Əsrin müqaviləsi" və Bəhreyn forumuna Qarşı Milli Şərəf Paktı ABŞ hücumları kölgəsində Fələstin işinin məruz qaldığı təhdidlərə, təhlükələrə qarşı mübarizə üçün ərəb və İslam ölkələrinin dəstəyinə ehtiyac olduğunu bildirib.
 
İşğalçı İsrail rejimiylə siyasət, mədəniyyət, iqtisadiyyat, idman, media və təhlükəsizlik sahələrində hər cür əlaqəni rədd edən pakt işğalçı rejimilə münasibətlərin normallaşdırılmasının cinayət olduğunu qeyd edib.
 
Fələstinli qaçqınların 1948-ci ildən etibarən çıxarıldıqları vətən torpaqlarına qayıtmaq haqqına sadiq olduğunu bildirən pakt UNRWA-nın ləğvinə və alternativ vətən layihələrinə qarşı olduğunu vurğulayıb.
 
"Əsrin müqaviləsi"nə və qaranlıq layihələrə qarşı çıxmağın milli zərurət olduğunu qeyd edən pakt bunun üçün pərakəndəlik halının sona çatdırılaraq, birlik və bütövlüyün təmin olunmalı olduğuna diqqət çəkib.
 

Google+ WhatsApp ok.ru