‘INSTEX’ mexanizmi işə salınıb

‘INSTEX’ mexanizmi işə salınıb

ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu müxanizmə qoşulacaq

Avropa İttifaqı və İran arasında ödənişlər üçün nəzərdə tutulan "INSTEX" mexanizmi işə salınıb.
 
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı diplomatik xidmətinin baş katibi Helqa Şmid Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Vyanada keçirilən görüşdən sonra öz "Twitter" səhifəsində yazıb.
 
H.Şmid bildirib: ""INSTEX" artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu müxanizmə qoşulacaq".
 
Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın iclasında konstruktiv muzakirələr baş tutub: "Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli həyata keçirilməsi əsas vəzifə olaraq qalır".
 

Google+ WhatsApp ok.ru