‘Səudiyyə Ərəbistan dövləti Hacıların təhlükəsizliyini təmin etmək adı ilə onların işini çətinləşdirməsin’ 03 İyul 2019 13:56 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə görüşüb. Maide.Az “leader.ir” saytına isitnadla xəbər verir ki, bu gün səhər baş tutan görüşdə Həcc ziyarətinin önəmindən danışan Ayətullah Xamenei bildirib ki, həcc həm bəndəlik, həm də ictimai birlik, qardaşlığı və bərabərliyi nümayiş etdirir. “Həcc toplaşmağı və əxlaqı nümayiş etdirir. Bəziləri səhv düşünərək deyir ki, Həcci siyasiləşdirməyin. Necə siyasiləşdirməyin? Vəhdət yaratmaq, bir siyasi işdir. Fələstin xalqını müdafiə etmək, İslam dünyasının məzlumlarını o cümlədən Yəməni müdafiə etmək siyasi işdir. Məzlumu müdafiə etmək İslamin təlimlərindəndir və vacibdir. Müşriklərə biraət vacibdir və bunların hamısı dinin tələbidir.” Ayətullah Xamenei bildirib ki, həcci siyasətdən kənarlaşdırmaq cəhdi elə özü siyasətdir. “Lakin dinə qarşıdır və bəzilərinin ABŞ-a gözün üstə qaşın var deyə bilməzsiz deyə tələb etmələri isə şeytanın siyasətidir.” Ayətullah Xamenei qeyd edib ki, Səudiyyə Ərəbistanı hacıların təhlükəsizliyini təmin etməyə və onların hörmətini saxlamağa borcludur. “Həcc ziyarətini təşkil edən şəxslərin çox ağır öhdəlikləri və vəzifələri var. Onların vəzifəsidir ki, Hacıların təhlükəsizliyini təmin etsinlər, lakin təhlükəsizliyi təmin etmk adı ilə zəvvarların işi çətinləşdirməməlidirlər. Hacıların hörməti və izzəti qorunmalıdır. Çünki onlar Allahın qonaqlarıdırlar. Zəvvarlar Məkkə və Mədinə şəhərində olanda onlarla qarşı uyğun rəftar sərgiləməlidirlər”. Ayətullah Xamenei hacılara dualarda İslam ümümətinin və müsəlmanların problemlərinin həlli üçün dua etməyi tövsiyə edib və bildirib ki, bu gün İslami maarifə qarşı düşmənçilik edilir. “Hegemonlar və ABŞ-ın müsəlman xalqlarına qarşı bu cür vəhşicəsinə hücum etməsi onların İslam həqiqətləri ilə düşmənçiliyindən irəli gəlir. Əgər müsəlmanlar həqiqətlərini bu gün bir kənara qoysalar, onların düşmənçilikləri aradan qalxacaq. Sizin Allahdan başqası qarşısında baş əyməməniz və tabe olmamanız, maddi güclər qarşısında təslim olmamağınızdır ki, onların düşmənçiliyinə səbəb olur Elə bu amil də sizin qələbə silahınız və İslam ümmətinin nicat yoludur”. Ayətullah Xamenei bildirib ki, biz cəmiyyətdə İslam əsaslarına nə qədər çox əməl etsək, Allah bizlərə daha çox yardım edəcək və qəflət etmiş olsaq, qəflətimizə görə ziyan görəcəyik. “İslam ümmətinin düşmənləri sonda İslam qarşısında diz çökməyə məcbur olacaqlar. İlahi lütflə gələcəkdə baş verən hadisələr İslamın, müsəlmanların və müsəlman cəmiyyətinin inkişafı və izzəti olacaq. Bunun üçün çalışmaq lazımdır.” Teqlər : #‘Səudiyyə,#Ərəbistan,#dövləti,#Hacıların,#təhlükəsizliyini,#təmin,#etmək,#adı,#ilə,#onların,#işini,#çətinləşdirməsin’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Həcc mərasiminin təşkilatçıları və məsul rəsmiləri ilə görüşüb - FOTO Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB