‘Google’ın işində nasazlıq yaranıb

‘Google’ın işində nasazlıq yaranıb

Bir sıra ölkələrdə "Google"dan istifadədə nasazlıq yaranıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə məlumat məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsindən əldə olunub.
 
Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 20:21-da başlayıb.
 
ABŞ və Yaponiya sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur.
 
İstifadəçilərin 53% sayta avtorizə oluna bilmir, 46%-i isə axtarış funksiyasından yararlana bilməyib.
 

Google+ WhatsApp ok.ru