‘Çirkli çimərlik’lərin sayı artır

‘Çirkli çimərlik’lərin sayı artır

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi iyunun 28-dən iyulun 4-nə kimi çimərlik ərazilərində aparılmış növbəti monitorinqlərin nəticələrini açıqlayıb.
 
Monitorinqin nəticələri Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin mikrobioloji baxımdan çirkli olduğunu bir daha təsdiqləyib.
 
İlk dəfədir ki, qənaətbəxş olmayan çimərliklər sırasında Novxanı da yer alıb.
 
Şimal regionunda Nabranla yanaşı, Yalama, Seyidlər, İstisu (Müqtədir) çimərliklərinin çirkli olduğu təsdiqlənib.
 
Həmçinin Lənkəran və Astara çimərliklərində vəziyyət qənaətbəxş deyil.
 
Ekoloqların məlumatına görə, şimal və cənub regionlarında çirkli çimərliklərin sayının artması çirkab sularının dənizə axıdılması ilə əlaqədardır.  /contact.az /
 

Google+ WhatsApp ok.ru