​Samsung telefonları suya davamlı deyil?

​Samsung telefonları suya davamlı deyil?

Avstraliyanın hökumət agentliyi Cənubi Koreyanın Samsung şirkətini məhkəməyə verir, onun Galaxy telefonlarının suya davamlılığı bağlı iddialarını mübahisələndirir.
 
Samsung 2016-cı ildə ilk IP68 sertifikatlı suyadavamlı telefonu olan Galaxy S7-ni buraxıb. O vaxtdan şirkətin bütün flaqman telefonları suyadavamlılıqla bağlı IP68 sertifikatını daşıyıb, suyadavamlı telefonlar kimi reklam olunub. Ancaq Avstraliyanın Rəqabət və İstehlakçı Komissiyası (ACCC) bunun saxta reklam olduğunu bildirir.
 
ACCC Samsung ilə iki əsas məqamı mübahisələndirir. Birincisi, Samsung reklamda bildirir ki, Galaxy telefonu 30 dəqiqə ərzində 1,5 dərinlikdə suda saxlansa, ona heç bir ziyan dəyməyəcək. İkincisi isə Samsung telefonların çimərlik və üzgüçülük hovuzlarında istifadəsini də reklam edir, ancaq IP68 sertifikatı yalnız təmiz suya aiddir.
 
ACCC iddialarını əsaslandırmaqdan ötrü 300-dən artıq Samsung reklamını nəzərdən keçidiyini bildirir.
 
Komissiya bildirir ki, Samsung telefonları suya düşdükdən sonra zədələndiyini deyən müştərilərin iddialarını rədd edib. Bundan başqa qurum Samsung-un öz vebsaytında yer almış reklama diqqət çəkir. Reklamda deyilir ki, bu ilin flaqman telefonu olan Galaxy S10 “çimərlik, yaxud hovuzda istifadəyə” tövsiyə olunmur.
 

Google+ WhatsApp ok.ru