Əfqanıstanda şiələrin məscidinə hücum olundu, ölən və yaralananlar var

Əfqanıstanda şiələrin məscidinə hücum olundu, ölən və yaralananlar var

Əfqanıstanın Qəzni əyalətində “Məhəmmədiyyə” məscidində baş vermiş partlayışda 2 nəfər şəhid olub, 22 nəfər yaralanıb. 
 
Maide.Az  “ABNA”a istinadla xəbər veri rki,  partlayış Əhli-beyt (ə) ardıcıllarının axşam namazında topladığı bir zaman baş verib. 
 
Əfqanıstan Daxili İŞlər Nazirliyini sözçüsü  Nüsrət Rəhmi bildirib ki,  ölənlərdən biri uşaq və digəri  yaşlı kişidir.   
 
Taliban terror qruplaşması  partlayışın məsuliyətini qəbul etməyib.  
 
Qeyd edək ki, son günlər Əfqanıstanda  şiələrin məskunlaşdığı ərazilərdə müxtəlif növ terror hücumlarının sayı artıb.  Bir neçə gün öncə  Qonduz əyalətinin  Şiə Alimlər Şurasının sədri  Əbdül-Qəyyum  Ənsariyə qarşı silahlı hücum təşkil olunub və o hadisə yerində  şəhid edilib. 
 

Google+ WhatsApp ok.ru