Əbülfəz Bünyadov azadlığa buraxılıb

Əbülfəz Bünyadov azadlığa buraxılıb

2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini itirmiş siyasi məhbus Əbülfəz Bünyadovu həbsdən azadlığa buraxılıb. 
 
Maide.Az bildirir ki, bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib. 
 
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhhətində ciddi problem olduğundan onun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəsində müraciətə baxaraq onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb. 
 
Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar
 
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum etmişdi. 

 

Google+ WhatsApp ok.ru