‘App Store’ istifadəçiləri problemlərlə üzləşiblər

‘App Store’ istifadəçiləri problemlərlə üzləşiblər

"App Store" onlayn-mağazanın işində bir neçə ölkədə problemlər yaranıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.
 
Məlumata əsasən, problemlər saat 05:36-da (GMT+4) ABŞ, Yaponiya, Böyük Britaniya, Niderland, Almaniya, Fransa, Avstraliya, Braziliya, Hindistan və Rusiyada qeydə alınıb.
 
İstifadəçilərin təxminən 75 faizi serverə qoşulmaqda, 19 faizi öz hesabına daxil olmaqda, 5 faizi isə veb-saytın işində problemlərlə üzləşiblər.
 

Google+ WhatsApp ok.ru