Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.
 
Bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.
 
Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub. 
 
Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb.  /Report
 

Google+ WhatsApp ok.ru