Əfqanıstan bataqlığında batan ABŞ-dan gülməli açıqlama

Əfqanıstan bataqlığında batan ABŞ-dan gülməli açıqlama

 
“ABŞ bir neçə gün ərzində Əfqanıstana qalib gələ bilərdi.” 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Ağ evin başçısı Donald Tramp Pakistanın baş naziri İmran Xan ilə görüşündə deyib.  
 
 “Mən bu müharibəni bir həftəyə başa çatdırardım və qalib gələrdim. Əfqanıstan 10 günün içində yer üzündən silinmiş olardı. Amma 10 milyon insanı öldürmək istəmədim”. 
 
Qeyd edək ki, dünya tarixində Əfqanıstanı tam işğal edən ölkə olmayıb.  Hələ 1989-cu ildə SSRİ-i Əfqanlstanda cəmi iki il qala bildi. 2001-ci ildən Əfqanıstanı işğal etmək istəyən ABŞ milyardlarla dollar pul xərcləyib. Amma artıq 20 ilə yaxındır ki, Əfqanıstan bataqlığından çıxa bilmir.  

Google+ WhatsApp ok.ru