Əhalinin leqal təhsil xərcləri 8,2 faiz artıb

Əhalinin leqal təhsil xərcləri 8,2 faiz artıb

2018-ci ildə Azərbaycan əhalisi təhsilə 680 mln. manata yaxın (400 mln. dollar) pul xərcləyib, bu da əvvəlki ildən 8,2% çoxdur, bu barədə Turana Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Ancaq bu yalnız təhsil sahəsində leqal vəsait dövriyyəsidir və ölkədən kənarda təhsil xərcləri nəzərə alınmır.
 
Pullu təhsil kursları ötən il 354,5 mln. manat qazanıb. Bu da 2017-ci ilin göstəricisindən 9% çoxdur.
 
Ümumi pullu təhsil və ali təhsil əhaliyə bir il ərzində 290,5 mln. manata (+12%) başa gəlib. Məktəbəqədər təhsil müəssisələrində bir ildə 34,6 mln. manat (+10,2%) qazanıblar. /contact.az /

Google+ WhatsApp ok.ru