Əhli-beyt (ə) məddahı  Məhəmməd Baqir Mənsuri  vəfat edib

Əhli-beyt (ə) məddahı Məhəmməd Baqir Mənsuri vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Tanınmış Əhli-beyt (ə) məddahı Məhəmməd Baqir Mənsuri  Ərdəbili vəfat edib. 
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, tanınmış Əhli-beyt (ə) məddahı Məhəmməd Baqir Mənsuri  Ərdəbili ötən gecə  İmam Cavadın (ə) şəhadəti  münasibətilə Urmiya şəhərində keçirilən əzadarlıq məclisinə dəvət edilmişdir. Ürəyində yaranmış problemlə əlaqədər təcili xəstəxanaya çatdırılır, həkimlərin  səyinə baxmayaraq  vəfat edir. 
 
Mərhum Baqir Mənsuri 1981-ci ildə Ərdəbil şəhərində dünyaya göz açmış, 8 yaşından Əhli-beyt (ə) məddahlığı ilə məşğul olmuşdur. O, bir çox tanınmış  Əhli-beyt (ə) məddahları o cümlədən Hacı Rəhim Heydəri və Hacı Məhəmməd Baqir Təməddünidən dərs almışdır. 
 
Mərhum Məhəmməd Baqir Mənsuri bir neçə il öncə insult keçirtmişdi. 
 
Allah rəhmət eləsin! 

Google+ WhatsApp ok.ru