İƏT Kəşmirlə bağlı fövqəladə iclas çağırıb

İƏT Kəşmirlə bağlı fövqəladə iclas çağırıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb. 
 
Maide.Az APA-a istinadən verdiyi xəbərə görə, təşkilatın fövqəladə iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. 
 
İclasda Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri iştirak edəcək. 
 
Qeyd edək ki, ötən gün Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv edib.
 
Hindistan Konstitusiyasının 370-ci maddəsi Cəmmu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə, daha çox muxtariyyət hüququ verir.
 
Cəmmu və Kəşmir ştatının özünə məxsus konstitusiyası, ayrıca bayrağı və xarici işlər, müdafiə və kommunikasiya sahələrindən başqa bütün digər sahələrdə qərar vermək hüququ var.
 

Google+ WhatsApp ok.ru