‘Yusuf’ surəsini hər gün və ya hər gecə oxuyan şəxsi...

‘Yusuf’ surəsini hər gün və ya hər gecə oxuyan şəxsi...

‘Yusuf’ surəsini tilavət etməyin fəziləti

Qurani-Kərimin 12-ci surəsi olan, 12-ci və 13-cü cüzlərdə yer alan və 111 ayədən ibarət olan “Yusuf” surəsi Məkkədə nazil olmuşdur. 
 
Digər peyğəmbərlərin əhvalatı ayrı-ayrı surələrdə nəql olunduğu halda, həzrət Yusifin (ə) əhvalatı yalnız bu surədə qeyd olunmuşdur. Həzrət Adəm və Nuhun hər birinin əhvalatı 12 surədə, həzrət İbrahimin əhvalatı 18 surədə, həzrət Salehin əhvalatı 11 surədə, həzrət Davudun əhvalatı 5 surədə, həzrət Hud və Süleymanın hər birinin əhvalatı 4 surədə, həzrət İsa və Zəkəriyyanın hər birinin əhvalatı 3 surədə nəql olunmuşdur.
 
Uyğun surədə göstərilən həzrət Yusifin (ə) əhvalatı o qədər cəzebedici və şirindir ki, insan onu təkrar-təkrar oxusa da, hər dəfə əhvalatdan təsirlənir və bu, insanı düşünməyə vadar edir. Elə buna görə də, Qurani-Kərimdə həzrət Yusifin (ə) əhvalatı “əhsənul-qisəs” (hekayələrin ən gözəli) adlandırılır və onda ağıl sahibləri üçün ibrət dərslərinin olduğu göstərilir
 
İmam Sadiq (ə) buyurmuşdur: “Yusuf surəsini hər gün və ya hər gecə oxuyan şəxsi Allah-Taala qiyamət günü Yusifin (ə) gözəlliyində gətirər, qiyamət gününün qəm-qüssəsi ona toxunmaz və o, Allahın seçilmiş və saleh bəndələrindən olaır.”
(“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.292-297 və “Yusuf” surəsinin təfsiri)
 
Maide.Az  
 

Google+ WhatsApp ok.ru