‘S-400’ göndərilməsində ikinci mərhələ başladı - Türkiyə arzusuna çatır

‘S-400’ göndərilməsində ikinci mərhələ başladı - Türkiyə arzusuna çatır

Danışıqlar və satın alma prosesində ciddi müzakirə və mübahisələrə səbəb olan Türkiyənin Rusiyadan “S-400” zenit-raket kopmleksi alması məsələsi artıq yekunlaşmaq üzrədir.
 
Maide.Az “Sabah”a istinadən xəbər verir ki, “S-400”ün hissələrinin göndərilməsi prosesində bu gün ikinci mərhələyə start verilib.
 
Rusiyadan göndərilən karqo təyyarəsi Ankaradakı Mürted Hava Meydanına eniş edib.
 
Türkiyə Milli Müdafiə Nazirliyi ehtiyat hissələrinin tam olaraq təxminən 1 ay ərzində çatdırılacağını açıqlayıb.
 
Qeyd edək ki, birinci mərhələ 12-25 iyul tarixləri aralığında baş tutmuşdu.
 

Google+ WhatsApp ok.ru