‘Gəncə məhbuslarının’ valideynlərinin Prezident Administrasiyası qarşısında aksiyası

‘Gəncə məhbuslarının’ valideynlərinin Prezident Administrasiyası qarşısında aksiyası

 Sentyabrın 4-də "Gəncə məhbuslarının" valideynləri növbəti etiraz aksiyası keçirərək, Prezident Administrasiyasına doğru yürüş ediblər.
 
"Övladlarımız kimlərinsə siyasi oyunlarının qurbanı olublar. Haraya müraciət etsək, bizi hər yerdən qovurlar", deyə aksiya iştirakçılarından biri bildirib.
 
Aksiyanın digər iştirakçısı 10 iyul 2018-ci il Gəncə hadisələrini "tamaşa" adlandırıb.
 
"Bu hadisələr zamanı Gəncədə hörmət olunan iki polis zabiti öldürülüb. Günahı bizim uşaqlarımızın üstünə atmaq yox, onların qətlinin sifarişçilərini axtarmaq lazımdır", deyə o bildirib.
 
Valideynlər həmçinin sosial şəbəkələrdə onlarla bağlı təhqiramiz nəşrləri pisləyiblər.
 
Polis iyirmi aksiya iştirakçısının administrasiya binasına yaxınlaşmasına imkan verməyib, onları yaxınlıqdakı parkın ərazisindən uzaqlaşdırıb.

Google+ WhatsApp ok.ru