‘İmam Hüseynin (ə) südəmər körpələri’ adlı konfrans keçirilir -100 min nəfərlik stadionda

‘İmam Hüseynin (ə) südəmər körpələri’ adlı konfrans keçirilir -100 min nəfərlik stadionda

İranın Tehran şəhərində 100 min nəfərlik "Azadi" stadionunda  və ölkənin 6000 digər bölgəsində  izdihamlı  “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans keçirilir. 
 
Maide.Az xəbər verir ki, bu ilki konfrans İranla yanaşı dünyanın 45 ölkəsində o cümlədən  Azərbaycan, Britaniya, Rusiya, Almaniya, Filipin, İndoneziya, Yəmən, Tacikistan, Miyanmar, Senqapur, Ukrayna,  Kəşmir, Livan, Banqladeş, Malazya, Tayland , Türkiyə, İraq və digər ölkələrdə keçirilir.
 
Hər il Məhərrəm ayının ilk cümə günü İranda və bütün dünyada “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfransı keçirilir. Bu konfransın iştirakçıları südəmər körpələr və onların analarıdır. 
 
Bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.  
 
 
 

Google+ WhatsApp ok.ru