‘Dorian’dan ölənlərin sayı 30-a çatıb

‘Dorian’dan ölənlərin sayı 30-a çatıb

Bahamalarda “Dorian” qasırğasından ölənlərin sayı 30-a çatıb. Məlumatı ölkənin Səhiyyə naziri Duane Sands “AP” agentliyinə verib.
 
O, ölü sayının növbəti günlərdə “ciddi şəkildə artacağını” deyib, çünki axtarış və xilasetmə işləri davam edir.
 
BMT-nin humanitar məsələlər üzrə rəsmisi Mark Lowcock deyib ki, 70 minədək adama “dərhal həyat əhəmiyyətli yardım” gərəkdir.
 
Mayamidə mənzillənən Milli Qasırğa Mərkəzi qasırğanın artıq Şimali Karolina sahillərinə yönləndiyini bildirib. Bu ştatın cənubunda yerləşəm Sausport şəhərində elektrik kəsilib.
 
Hazırda Dorian-ın saatda 20,8 km sürətlə şimal-şərqə yol aldığı, maksimum gücünün saatdan 160 km-ə çatacağı bildirilir.
 
Ağ evin məlumatına görə, Prezident Donald Trump qasırğayla bağlı baş verənləri “yaxından monitorinq” edir.
 

Google+ WhatsApp ok.ru