‘Wikipedia’nın işində nasazlıqlar yaranıb

‘Wikipedia’nın işində nasazlıqlar yaranıb

Dünyanın bir sıra ölkələrində "Wikipedia"nın fəaliyyətində problem yaranıb.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini müşahidə edən "Downdetector" xidməti məlumat yayıb.
 
Problemdən daha çox ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa, Yunanıstan, İspaniya, Polşa, Serbiya, Xorvatiya, Rusiya və İsraildən olan istifadəçilər şikayət edirlər.
 
Problemlər Bakı vaxtı ilə sentyabrın 9-u gecə saatlarından başlayıb. Nasazlıqların səbəbi hələ məlum deyil.
 

Google+ WhatsApp ok.ru