Əfqanıstanda prezident seçilir

Əfqanıstanda prezident seçilir

Bir neçə şəhərdə partlayış baş verib

Əfqanıstanda bu gün prezident seçkiləri keçirilir.

Maide.Az "oxu.az"a istinadla xəbər verir ki, seçki dairələri artıq açıq elan olunub. 

Əfqanıstanın ali dövlət postuna 16 nəfər namizəddir.

Prezident kürsüsü uğrunda əsas mübarizənin 2014-cü ildə olduğu kimi Əşrəf Qani və icra hakimiyyətinin başçısı Abdulla Abdulla arasında gedəcəyi gözlənilir.

Seçkilərə 149 milyon dollar büdcə ayrıldığı bildirilir.

Qeyd edək ki, Əfqanıstanda səsvermə hüququna 18 yaşdan yuxarı vətəndaşlar malikdirlər. Seçki siyahılarında 9 milyondan artıq insan qeydiyyatdan keçirilib.

Xatırladaq ki, seçkilərin başlaması ilə ölkənin Kabil, Calalabad və Qəznə bölgələtində partlayışlar baş verib. Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.

Google+ WhatsApp ok.ru