‘Quran dərsi’ tablosu 4,5 milyona satıldı

‘Quran dərsi’ tablosu 4,5 milyona satıldı

Osmanlı impersiyası dönəmində yaşamış Osman Hamdi Bəyə məxsus “Quran dərsi” adlı rəsm əsərləri Londonda keçirilən hərracda satılıb.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, həmin tablo hərracdakı 40 tablo arasında ən yüksək məbləğə alıcı tapıb.
 
Belə ki, əsər 4,5 milyon funt-sterlinqə (təxminən 9,8 milyon manat) satılıb.
 
Məlumat üçün bildirək ki, tablo “Necd” qrupunun nəzdində saxlanılıb. Bu qrup 19-cu əsrdə Şərqi ziyarət etmiş və müşahidələrini əsərlərində əks etdirən 
 
Necd grubu, 19. yüzyılda Doğuyu ziyaret eden ve gözlemlerini eserlerinde yansıtan şərqşünas sənətkarların ümumilikdə 155 əsərini saxlayır.
 
Xatırladaq ki, Osman Hamdi Bəyin “Quran oxuyan qız” adlı digər əsəri isə 4,7 milyon dollar satılmışdı.
 
Qeyd edək ki, Osman Hamdi Bəy 1842-1910-cu illərdə yaşayıb. O, rəssamlıqdan əlavə siyasət, arxeologiya və memarlıq sahələri ilə də məşğul olub.
 

Google+ WhatsApp ok.ru