‘WhatsApp’ İsrail şirkətini casusluq etdiyi üçün məhkəməyə verdi 30 Oktyabr 2019 11:01 Maraq dünyası “WhatsApp” şirkəti İsrailin kibernəzarət şirkəti olan “NSO Group”u məhkəməyə verib. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin şirkətin “WhatsApp”dan genişmiqyaslı casusluq üçün istifadə etməsidir. Məlumata görə, “NSO Group” 20 ölkədə aralarında jurnalistlər və hüquq müdafiəçiləri də olmaqla 1400-dən çox insanı izləyib. Şəxsi məlumatları ələ keçirilən həmin şəxslər “WhatsApp” tərəfindən xəbərdar edilib. “WhatsApp” rəsmiləri Şimali Kaliforniya Regional Məhkəməsinə şikayət edərək “NSO Group”un daimi olaraq “WhatsApp”dan istifadəsinə qadağa qoyulmasını tələb ediblər. Teqlər : #‘WhatsApp’,#İsrail,#şirkətini,#casusluq,#etdiyi,#üçün,#məhkəməyə,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəqəmsal həyat 50 ildən sonra necə görünür İlon Mask 1 milyon ağac hədiyyə etdi