Şənbə gününün hava proqnozu açıqlanıb 08 Noyabr 2019 12:40 Ölkə Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 9-10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Teqlər : #Şənbə,#gününün,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnstitut direktoru: Energetik içkilər, qəlyan Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biridir Bakıətrafı kənd və qəsəbələrə gedən sərnişinlərin nəzərinə