‘Təhdidlə bizi heç vaxt susdura bilməzsiniz’ - Nigeriya İslam Hərəkatı

‘Təhdidlə bizi heç vaxt susdura bilməzsiniz’ - Nigeriya İslam Hərəkatı

Nigeriya İslam Hərəkatının (IMN) lideri Şeyx İbrahim Zəkzəkinin Ofisi Tvitterdəki səhifəsində ölkənin zalım hökumətinə sərt reaksiya bildirib.
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, açıqlamada “Təhdidlə bizi əsla susdura bilməzsiniz” ifadəsi qeyd olunub:
 
“Sizin gücünüz xalqa qarşı istifadə etdiyiniz silahla deyil, onlara necə xidmət etməyinizlə ölçülür. İstədiyiniz qədər zülm edə biləcəyinizi düşünərək hamının susmasını gözləyirsiniz”.
 
Qeyd edək ki, Şeyx Zəkzəki və həyat yoldaşı 13 dekabr 2015-ci ildə Nigeriya ordusunun Zariya şəhərində Hüseyniyyəyə hücumu zamanı həbs edilib. Hücum zamanı Zəkzəninin üç oğlu və yüzlərcə insan şəhid olub.
 
Bu arada Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının işinin məhkəməyə qaytarılması üçün tarix təyin olunub.
 
Nigeriya Milli Kəşfiyyat Agentliyi (NİA)  Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının növbəti məhkəmə iclasının dekabr ayının 5-də keçiriləcəyini açıqlayıb.
 

 

Google+ WhatsApp ok.ru