‘EuroHome’ tikinti materialları bazarı yanır , 2 nəfər zəhərlənib - YENİLƏNİB

‘EuroHome’ tikinti materialları bazarı yanır , 2 nəfər zəhərlənib - YENİLƏNİB

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
 
Nazirlikdən “Report”a verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.
 
Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
 
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib. 
 
 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 

 

Google+ WhatsApp ok.ru