Əqsa məscidində 4 fələstinli qadın həbs edildi

Əqsa məscidində 4 fələstinli qadın həbs edildi

Ötən gün işğalçı sionist rejimin polisi və yüzlərlə yəhudi qəsəbə sakinləri Əqsa məscidində namaz qılan Fələstinlilərə hücum edib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, sionist yəhudilər məscidin mühafizəçilərini və namazqılanlara vəhşicəsinə döyüblər.
 
Sionist rejimin hərbiçiləri və polis qüvvələri Əqsa məscidində hücuma müqavimət göstərən 4 fələstinli xanımı Babur-Rəhmət qapısında həbs edərək Qüdsdə sionist polis mərkəzinə aparıb.
 
Bundan sonra isə yüzlərlə qəsəbə sakini polisin və təhlükəsizlik qüvvələrinin müşayəti ilə Əqsa məscidinin həyətində müsəlmanları təhrik edən rəftarlarla Təlmud mərasimi keçirib.

Google+ WhatsApp ok.ru