Şəhid Hacı Qasim Süleymaninin cənazəsi Kerman şəhərində dəfn edilir - FOTO

Şəhid Hacı Qasim Süleymaninin cənazəsi Kerman şəhərində dəfn edilir - FOTO

Bu səhər şəhid Qasim Süleymani və onunla birlikdə şəhid olmuş komandir Hüseyn Pur Cəfərinin cənazələri Kerman şəhərində dəfn olunur. 
 
Maide.Az xəbər verir ki, ölkənin  və dünyanın müxtəlif ölkələrindən milyonlarla insan dəfn mərasimində iştirak edir. 
 
Qeyd edək ki, general Qasim Süleymanin vəsiyyətinə görə, O doğulduğu  Kirman şəhərində dəfn edilir. 
 
Xatırladaq ki, ABŞ-ın törətdiyi terror nəticəsində şəhid olan Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlər Nəcəf və Kərbəla şəhərlərində müqəddəs hərəmləri dövr etdirildikdən sonra Xuzestan əyalətinə gətirilib, ardınca Məşhədə və oradan Tehrana aparılıb. Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətilə şəhidlərə cənazə namazı qılınıb.  Milyonların iştirakı ilə vida yürüşü təşkil edilib.  Dünən isə  şəhidlərin cənazələri  Qum şəhərində olub.  Xanım Məsumə (s) və Cəmkəran məscidinə aparılıb.  İslamın böyük alimləri və mərcəe-təqlidlərin və milyonların iştirakı ilə vida mərasimi keçirilib. 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru