Əfqanıstanda 18 ABŞ generalı öldürüldü 04 Fevral 2020 15:02 Dünya Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki bütün şəxslər həlak olublar. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub. O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tuturdu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır. M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb. /report Teqlər : #Əfqanıstanda,#ABŞ,#generalı,#öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və İraq şəhid Süleymani və şəhid Mühəndisin öldürülməsinə görə beynəlxalq məhkəməyə şikayət edəcək ÜST: Koronavirus üçün peyvənd 2021-ci ilin sonuna qədər hazırlana bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO