‘Səcdeyi-səhv’ və onun vacib olduğu hallar

‘Səcdeyi-səhv’ və onun vacib olduğu hallar

Ayətullah Xameneinin fətvasına əsasən, namazdan sonra üç işə görə iki səcdeyi-səhv yerinə yetirmək vacibdir:

1. Namaz əsnasında səhvən bir söz deyilərsə, səhvən ax və ya ah deyilərsə, həmçinin namazın qurtardığını güman edib danışılarsa;

2. İki səcdədən birini yaddan çıxararsa;

3. Dördrükətli namazlarda ikinci səcdədən sonra dördlə beş rükət qıldığında şəkk edilərsə;

Aşağıdakı iki işə görə isə səcdeyi-səhv etmək vacib ehtiyatdır:

1. Yersiz salam deyilərsə, məsələn, namazın birinci rükətində səhvən salam deyilərsə;

2. Təşəhhüd yaddan çıxarılarsa.

Namazda bu hallar baş verdikdə, namazı bitirdikdən dərhal sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir.

Səcdeyi-səhvin qaydası

Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir:

Namazdan sonra dərhal səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedilərək deyilir: “Bismilləhi və billəhi, əssələmu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkətuh”, sonra başı səcdədən qaldırıb oturulur və yenidən səcdəyə gedilərək, həmin zikr təkrarən deyilir. İkinci səcdədən başı qaldırıb təşəhhüd və salam deyilir.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru