ʿButa Airwaysʾin təyyarəsi Volqoqradda məcburi eniş edib 10 Fevral 2020 13:35 Hadisə Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb. Bu barədə "Buta Airways"-dən Trend-ə bildirilib. Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi. Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir. Teqlər : #ʿButa,#Airwaysʾin,#təyyarəsi,#Volqoqradda,#məcburi,#eniş,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın bu rayonunda qarın hündürlüyü 43 sm-ə çatdı Bakıda yol buz bağladı