Ən-Nur məscidində müsəlmanlar Kristçörçdəki qanlı terror hadisəsinin ildönümü ərəfəsində təhdid olunur

Ən-Nur məscidində müsəlmanlar Kristçörçdəki qanlı terror hadisəsinin ildönümü ərəfəsində təhdid olunur

 
Yeni Zelandiyadakı terror hadisəsinin birinci ildönümü ərəfəsində, polis, keçən il kütləvi atışma nəticəsində 51 dindarın öldürüldüyü Kristçörç məscidinə bu həftə edilən təhdidin araşdırıldığını söyləyib.
 
Maide.Az xarici KİV-ə  istinadla xəbər verir ki, polis Kristçörç şəhərində Ən-Nur məscidinə təhdidin bu həftə şifrəli Telegram mesajlaşma tətbiqində yerləşdirildiyini bildirib. 
 
İslam Qadınlar Şurasının milli koordinatoru Anjum Rəhman, hücumlardan sonra dördüncü təhdid aldıqlarını deyib.  "Artıq bir neçə aydır ki, 15 mart hazırlıqları ilə əlaqədar hökümətlə danışırıq" deyə Rəhman bildirib.
 

Google+ WhatsApp ok.ru