Əsəd: Türkiyə əleyhinə heç bir düşmənçilik etməmişik

Əsəd: Türkiyə əleyhinə heç bir düşmənçilik etməmişik

Türklərdən soruşuram: Suriya ilə nə probleminiz var?

Suriya prezidenti Bəşşar Əsəd  Putin-Ərdoğan görüşündən əvvəl  "Rusiya 24" ilə müsahibəsində ölkəsinin Türkiyəyə qarşı bir düşmənçiliyinin olmadığını bildirib. 

Maide.Az İQNA-a istinadla xəbər verir ki, Suriya dövlət başçısı qeyd edib ki, Türklər bizim qardaş cəmiyyətimizdir. Türklərdən soruşuram: Suriya ilə nə probleminiz var?

"Russia 24"ə müsahibə verən Əsəd Suriyanın Türkiyəyə qarşı heç vaxt düşməncəsinə davranmadığını vurğulayaraq, "Türk vətəndaşlarının ölməsinə ehtiyac yaradacaq problem nədir?", - söyləyib.

Əsdəd sözlərinə belə davam edib: "Türklər və Suriyalılar arasında qədim tarixi, mədəni və ailəvi bağlılıq var.  Suriya və Türkiyənin ortaq maraqları var. Türkiyədə çox sayda Suriya mənşəli insan var. Qarşılıqlı mədəniyyət mübadiləsi tarixə söykənir. Bu səbəbdəb bizim aramızda ciddi anlaşılmazlıqların olması məntiqli deyil".

 

Google+ WhatsApp ok.ru