‘Casiyə’ surəsini oxumağın fəziləti

‘Casiyə’ surəsini oxumağın fəziləti

“Casiyə“ surəsi 37 ayədən ibarətdir və Məkkədə nazil olmuş “Həvamim“ surələrinin (Ha-mimlə başlayan surələr) altıncısıdır.

Bu surə Məkkədə müsəlmanlarla müşriklər arasında şiddətli qarşıdurma baş verdiyi bir zaman nazil olmuşdur. Məhz bu səbəbdən də, surədə daha çox tövhid, şirklə mübarizə, zalımların qiyamət məhkəməsi ilə təhdidi, əməllərin qeyd olunması, həmçinin keçmiş üsyankar qövmlərin acı talelərinin xatırlanması ilə bağlı məsələlər diqqəti çəkir.

 

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ حامیمَ الجاثِیَةَ سَتَرَ اللّهُ عَورَتَهُ وَسَکَّنَ رَوعَتَهُ عِندَ الحِسابِ
 
“Casiyə surəsini oxuyan (düşünərək həyatında tətbiq edən) şəxsin Allah-Taala hesab (qiyamət) günü eyiblərini örtər və qorxusuna sakitlik bəxş edər.“ (“Məcməul-bəyan“, “Casiyə“ surəsinin təfsirinin başlanğıcı.)
 
2. İmam Sadiq (ə) buyurmuşdur:
 
مَن قَرَأَ سورَةَ الجاثِیَةِ کانَ ثَوابُها أن لا یَرَى النّارَ أبَداً وَلا یَسمَعُ زَفیرَ جَهَنَّمَ وَلا شَهیقَها وَهُوَ مَعَ مُحَمَّد(صلى الله علیه وآله)
 
“Casiyə surəsini oxuyan şəxsin savabı odur ki, o, heç vaxt cəhənnəm odu görməz, cəhənnəmin naləsini eşitməz və həzrət Muhəmmədlə (s) birgə olar.“ (“Burhan“, 4-cü cild, səh.167, “Casiyə“ surəsinin təfsirinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.225.)
 
Maide.Az

Google+ WhatsApp ok.ru