Əfqanıstanın baş nazirinin olduğu tədbirdə atışma olub

Əfqanıstanın baş nazirinin olduğu tədbirdə atışma olub

Əfqanıstan paytaxtı Kabildə mərhum siyasətçi Əbdül-Əli Məzarinin anım mərasimi zamanı silahlı hücum həyata keçirilib.
 
Bu gün Kabildə mərhum siyasətçi Əbdül-Əli Məzarinin anım mərasimi zamanı silahlı hücumun həyata keçirilməsi nəticəsində ölən və yaralananlar var.
 
BBC.Farsi-nin məlumatına görə baş nazir Abdullah Abdullah da anım mərasimində olub.
 
Məlumata görə silahlı hücum anım mərasiminin yaxınlığında yerləşən inşaat işləri bitməmiş bir binadan həyata keçirilib.
 
Kabil polisi silahlı hücumun ardından Kabilin qərbinə və Məzari məscidinə geədn yolların hamısını bağlayıb.
 
Hücumun tələfatı və onun hansı qruplaşma tərəfindən törədilməsi haqda hələ dəqiq məlumat yoxdur.SalamNews  /

 

Google+ WhatsApp ok.ru