‘Saudi Aramco’ bazar dəyərini 10 faiz itirib

‘Saudi Aramco’ bazar dəyərini 10 faiz itirib

Dünya bazarında neftin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanının milli neft istehsalçısı - "Saudi Aramco” bazar dəyərini təxminən 10% itirib. 
 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
 
Məlumata görə, şirkətin səhmlərinin qiyməti 7,2 ABŞ dollarına (27 rial) düşüb. Bu, qiymətli kağızların İlkin Kütləvi Tadavülünün (IPO) həyata keçirildiyi 2019-cu ilin dekabr ayından bəri ən aşağı həddir. Ucuzlaşma Səudiyyə Ərəbistanının Tədavül fond birjasında qeydə alınıb. 
 

Google+ WhatsApp ok.ru