Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir

Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir

Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir:
 
حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ قَالَ حَدَّثَنَا جَعْفَرُ بْنُ سَلَمَةَ الْأَهْوَازِيُّ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ الثَّقَفِيُّ قَالَ أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مَيْمُونٍ قَالَ حَدَّثَنَا عَنْهُ ع: «صَوْمُ شَعْبَانَ كَفَّارَةُ الذُّنُوبِ الْعِظَامِ حَتَّى لَوْ أَنَّ رَجُلًا بُلِيَ بِدَمٍ حَرَامٍ فَصَامَ مِنْ هَذَا الشَّهْرِ أَيَّاماً وَ مَاتَ رَجَوْتُ لَهُ الْمَغْفِرَةَ».
 
قَالَ: قُلْتُ: فَمَا أَفْضَلُ الدُّعَاءِ فِي هَذَا الشَّهْرِ؟
 
فَقَالَ (ع): الِاسْتِغْفَارُ. إِنَّ مَنِ اسْتَغْفَرَ فِي شَعْبَانَ كُلَّ يَوْمٍ سَبْعِينَ مَرَّةً كَانَ كَمَنِ اسْتَغْفَرَ فِي غَيْرِهِ مِنَ الشُّهُورِ سَبْعِينَ أَلْفَ مَرَّةٍ.
 
قُلْتُ: فَكَيْفَ أَقُول؟
 
قَالَ: قُلْ: «أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ».
 
İmam Cəfər Sadiq (ə) buyurur: “Şəban ayının orucu böyük günahların kəffarəsidir. Hətta haram qana düşmüş bir nəfərin də Şəban ayında bir neçə gün oruc tutması ilə bağışlanacağına ümid edirəm!”
 
İbrahim ibn Məymun (bu hədisin ravisi) deyir: “İmamdan (ə) soruşdum ki, bu ayda ən gözəl və fəzilətli dua nədir?”
 
İmam Sadiq (ə) buyurdu: “İstiğfar etmək və Allahdan bağışlanmaq diləmək. Həqiqətən, hər kəs bu ayda hər gün yetmiş dəfə “istiğfar” və tövbə edərsə, digər aylarda sanki yetmiş min dəfə istiğfar və tövbə etmiş kimi sayılır – (və təbii ki, bu qədər bağışlanmaq diləyəni Allah eşidəcək və bağışlayacaqdır).”
 
Ravi deyir: İmamdan (ə) soruşdum ki, tövbə etmək üçün hansı zikri və necə deyim?
 
İmam (ə) buyurdu ki, belə de: “Əstəğfirullahə və əs`əluhut-təvbə.”
 
Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 34.
 
Maide.az
 

Google+ WhatsApp ok.ru