Şənbə gününə gözlənilən hava proqnozu açıqlanıb

Şənbə gününə gözlənilən hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. 
 
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.
 
Martın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru