Əfqanıstanda Taliban hücumlarında 20 təhlükəsizlik işçisi öldürülüb

Əfqanıstanda Taliban hücumlarında 20 təhlükəsizlik işçisi öldürülüb

Əfqanıstanda Tahar Polis İdarəsinin sözçüsü Xəlil Əsir mətbuata verdiyi açıqlamada Taliban silahlılarının Taharın Hocai Qar bölgəsinə hücum etdiyini söyləyib.

 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hücumda 14 təhlükəsizlik əməkdaşı ilə bir mülki şəxs öldürülüb, 5 təhlükəsizlik xidməti əməkdaşı yaralanıb.
 
Əsir qeyd edib ki, rayona əlavə gücləndirmə gələndən sonra terrorçular geri çəkilib.
 
Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi açıqlamada yaraqlıların Zabul əyalətinin Arqandab bölgəsindəki hərbi bazaya etdiyi hücumda 6 əsgərin öldüyü bildirilir.
 
Taliban hər iki hücumla bağlı hələ ki, açıqlama verməyib.

Google+ WhatsApp ok.ru