Ənsarullah hərəkatından 12 ölkəyə hakimlik təklifi

Ənsarullah hərəkatından 12 ölkəyə hakimlik təklifi

Yəmən İnqilab Komitəsi başçısı Məhəmməd Əli Husi bildirib ki, Ənsarullah ərəb ölkələri, Rusiya və Çindən ibarət 12 ölkə ilə birlikdə Yəmən müharibəsini dayandırmaq üçün BMT-yə hakimlik təklif edib.
 
Maide.Az xəbər verir ki, M.Ə. Husi tvitter hesabından yayımladığı açıqlamada, "4 ərəb ölkəsi, 4 İslam ölkəsi, 4 Asiya ölkəsi və BMT bir araya gələrək işğalçı ərəb koalisiyası ilə aramızda hakim olmalıdır", - deyə bildirib.
 
O, Əlcəzair, Tunis, Misir, İraq, Pakistan, Malayziya, İndoneziya, Sierra Leone, Rusiya, Çin, Koreya və Yaponiyaya bu arbitrajın həyata keçirilməsini təklif edib və onların mütləq bir çıxış yolu tapacaqlarına inandığını söyləyib.
 
Ötən çərşənbə axşamı Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanı ilə hərbi hücumların intensivliyini azaltmaq üçün danışıqlar aparıldığını açıqlayıb.
 
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası 6 ildir ki,  Yəmən xalqına  hücum edir.  Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə Yəməni qurudan, dənizdən və havadan blokada saxlayır. 
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün kəskin ərzaq və dərman qıtlığına səbəb olub.
 

 

Google+ WhatsApp ok.ru