Ənsarullah: Səudiyyənin atəşkəs elanı dezinformasiyadır

Ənsarullah: Səudiyyənin atəşkəs elanı dezinformasiyadır

 
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Abdussalam Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi işğalçı koalisiya qüvvələrinin birtərəfli qaydada elan etdiyi atəşkəs elnanının dezinformasiya və ictimai rəyi yanıltmağa cəhd  olduğunu söylədi.
 
Maide.Az xəbər verir ki, Abdussalam Ənsarullahın "əl-Məsirə" televiziyasında yayımlanan açıqlamasında, işğalçı koalisiya qüvvələri tərəfindən tətbiq olunan blokadaya əlavə olaraq, quru və hava hücumlarının getdikcə artdığını deyib:
 
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası müharibənin dayandırılması və blokadanın ləğvi üçün dəqiq qərar verməli idi."
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı son 72 saat ərzində Yəmənə 100-dən çox hava zərbəsi endirib.”
 
Yəmən “SQ”in sözçüsü briqada generalı Yəhya Səri rəsmi twıtter səhifəsində yazıb ki, son 7 saat ərzində Yəmənin müxtəlif əyalətlərinə 15 hava zərbəsi, son 72 saat ərzində isə 100-dən çox aviazərbə endirilib.
 
Əlavə edilib ki, Səudiyyə koalisiyasının havadan dəstəyi ilə bir neçə əyalətdə hücumlar başlayıb.
 

 

Google+ WhatsApp ok.ru